AZ

Ötən il Azərbaycanda inflyasiya 6%-ə yaxın olub

2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 105,2 faiz təşkil edib...

Poliqon bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, dekabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə inflyasiya 6,4 faiz, qeyri-qida məhsulları üzrə 2,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz təşkil edib.

2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,6 faiz təşkil edib.

Poliqon.info

Seçilən
21
21
poliqon.info

9Mənbələr