AZ

Beşinci övladını evdə dünyaya gətirdi - FOTO+VİDEO

Yasamal rayonu ərazisində çağırışa gedən təcili tibbi yardım briqadası ev şəraitində doğuş prosesini uğurla həyata keçirib.

Bununla bağlı Redaktor.az-a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanında 1991-ci il təvvəllüdlü, 40 həftəlik hamilə olan qadının 5-ci doğuşu təcili tibbi yardım briqadasının nəzarəti altında baş tutub.

Doğuşun ilkin mərhələsi birbaşa yaşayış ünvanında baş verib, daha sonra proses təcili tibbi yardım avtomobilində nəzarət altında davam etdirilib.

Briqada tərəfindən ana və yenidoğulmuşa (oğlan) zəruri ilkin tibbi yardım göstərildikdən sonra onlar müvafiq tibb müəssisəsinə təxliyə olunub.

Körpənin çəkisi 3 kq 300 qram, boyu 51 sm-dir.

Ana və yenidoğulmuşun vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Seçilən
36
9
redaktor.az

10Mənbələr