"İranda hakimiyyət dəyişikliyi qaçılmazdır".
Milli.Az xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Brayan Mast "Fox News"a deyib.
"Ayətullahların devrilməsi qaçılmazdır. Rial dəyərsizləşib, hökumət hətta əsas xidmətləri belə təmin edə bilmir. Əli Xameneinin hakimiyyətdə qalmasının yeganə yolu etiraz aksiyasına çıxan günahsız iranlıları öldürməkdir. Bu strategiya uğurlu olmayacaq", - o bildirib.
Milli.Az