Bakı, 14 yanvar, AZƏRTAC
Niderlandın “Ayaks” komandası heyətinə yeni futbolçu cəlb edib.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Amsterdam təmsilçisi Maksimilian İbrahimoviçi transfer edib.
19 yaşlı oyunçu isveçli veteran futbolçu Zlatan İbrahimoviçin oğludur. O, son olaraq “Milan”ın gənclər komandasında çıxış edib.