AZ

WUF13 çərçivəsində keçiriləcək tərəfdaş tədbirləri üzrə müraciətlərin qəbulunun başa çatmasına 1 ay qalıb

Bakı.Trend:

17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək ÜmumdünyaŞəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsindətəşkil olunacaq tərəfdaş tədbirləri üzrə qeydiyyat prosesi davamedir. Müraciətlərin qəbulu üçün son tarix 29 yanvar 2026-cı ilolaraq müəyyən edilib.

Trend xəbərverir ki, şəhərsalma sahəsində beynəlxalq dialoq və əməkdaşlıqplatforması olan WUF13 qurum və təşkilatlara Forumun “Hər kəs üçünyaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayışməskənləri” mövzusuna uyğun tədbirlər təşkil etmək imkanı yaradır.Müraciətlər https://events.unhabitat.org/vasitəsilə təqdim edilməlidir.

Tədbirlərin təşkili üçün müraciətlər yeddi kateqoriya üzrə qəbulolunur: Şəbəkələşmə (Networking), Vahid BMT (One UN), Dayanıqlıİnkişaf Məqsədlərinin tətbiqi (SDGs in Action), Şəhər kinoteatrı(Urban Cinema), Şəhər Kitabxanası (Urban Library), Şəhərlərin Səsi(Voices from Cities) və WUF Akademiyası (WUF Academy).

Müraciət edən qurum və təşkilatlar ilkin mərhələdə UN-Habitat-ınQlobal Tədbir İdarəetmə Sistemi (GEMS) platforması üzərindən onlaynqaydada qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat prosesi tamamlandıqdan sonra istifadəçilər şəxsipaneldə yerləşən “Applications / Müraciətlər” bölməsinə daxilolaraq müvafiq kateqoriyalar üzrə tələblərlə tanış ola vəmüraciətlərini yekunlaşdıra bilərlər. Qeyd edək ki, hər birkateqoriya üzrə yalnız bir müraciət təqdim edilə bilər.

Forumun əsas və strateji mexanizmlərindən biri olan Tərəfdaştədbirləri dayanıqlı şəhər inkişafı sahəsində qabaqcıltəcrübələrin, innovativ yanaşmaların və praktik həll yollarınınbeynəlxalq səviyyədə təqdim olunmasına şərait yaradır. Bu tədbirlərvasitəsilə iştirakçılar şəhərsalma sahəsində bilik və təcrübəmübadiləsi aparmaq, institusional əməkdaşlıqlar qurmaq və qlobalşəhər gündəliyinə töhfə vermək imkanı əldə edirlər.

Qeydiyyat və tədbirlərin təşkili ilə bağlı əlavə məlumat almaqüçün [email protected]elektron poçt ünvanı ilə əlaqə saxlamaq mümkündür.

Seçilən
32
16
az.trend.az

10Mənbələr