Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Son vaxtlar sosial şəbəkələrdə istifadəçilər "WhatsApp" mesajlarının "gizli şəkildə oxunduğu" və ya özləri göndərmədikləri mesajların dostlarına çatdığı barədə narahatlıqlarını bölüşürlər.
Milli.Az xəbər verir ki, lakin mütəxəssislər bildirir ki, məsələ heç də göründüyü kimi deyil.
Əksər hallarda bu, mesajların oxunması ilə bağlı deyil. Problem əsasən telefona yüklənən və virus daşıyıcısı olan tətbiqlərdən qaynaqlanır. Həmin proqramlar istifadəçinin göndərdiyi mesajları və ya faylları dəyişdirərək qarşı tərəfə fərqli formada çatdıra bilir.
Məsələn, istifadəçi kiməsə foto göndərdikdə, viruslu tətbiqlər həmin şəkli göndərilmə prosesində dəyişdirə və ya başqa məzmunla əvəz edə bilər. Bunun əsas səbəbi isə istifadəçinin mənşəyi bilinməyən və etibarsız proqramları bilmədən telefona yükləməsidir. Beləliklə, viruslar birbaşa istifadəçinin özü tərəfindən cihaza ötürülmüş olur.
Mütəxəssislər təhlükəsizlik üçün yalnız rəsmi tətbiq mağazalarından proqram yükləməyi və telefonda şübhəli tətbiqləri silməyi tövsiyə edirlər.
Fidan
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.