AZ

Paşinyan: İrəvan Aİ-nin “Tramp Marşrutu”da iştirakında maraqlıdır

Ermənistan Avropa İttifaqının TRIPP-də iştirakında maraqlıdır.

"Yeni Sabah" xəbər verir ki, bunu Baş naziri Nikol Paşinyan ABŞ və Aİ səfirlərinin iştirakı ilə keçirilən "Ermənistan və Dünya Risklər və İmkanların Kəsişməsində" mövzusunda müzakirədə bildirib.

O qeyd edib: "Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülhün institusionallaşdırılması və TRIPP layihəsinin praktiki şəkildə həyata keçirilməsi istiqamətində daha bir mühüm addım atılıb və mən hamımızı bu münasibətlə təbrik edirəm. Aydındır ki, indi regionumuza əhəmiyyətli investisiyalar və əhəmiyyətli vəsaitlər yönəldiləcək. Bu, yaxşı xəbərdir".

Paşinyanın sözlərinə görə, ABŞ-nin layihədə iştirakı artıq müəyyən edilib və "AB tərəfdaşlarımızla Aİ-nin iştirak formatını və konkret layihələri ətraflı müzakirə etmək lazımdır. Bununla maraqlanırıq", - deyə Ermənistanın Baş naziri bildirib.

Xatırlatma: Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Marko Rubio ilə danışıqlardan sonra bildirib ki, Rusiyanın TRIPP layihəsi ilə əməkdaşlıq etmək imkanları ola bilər, lakin onun birbaşa iştirakı müzakirə olunmur.

Ermənistan və ABŞ TRIPP layihəsinin bir hissəsi olaraq Ermənistanda nəqliyyat marşrutlarının inkişafı üçün birgə müəssisə yaratmaq barədə razılığa gəliblər.

"TRIPP Development" şirkəti TRIPP infrastrukturunun inkişafına və tətbiqinə nəzarət edəcək və ABŞ-nin nəzarəti altında olacaq.


Telegram kanalımız
Seçilən
43
33
yenisabah.az

10Mənbələr