ain.az, futbolpress-az portalına istinadən məlumat verir.
Premyer Liqanın oyunlarına təyinat alan hakimlərin Antalya şəhərində təlim-məşq toplanışı davam edir. İspaniyalı sabiq FIFA referisi, UEFA Hakimlər Komitəsinin üzvü Karlos Velasko hakimlər üçün nəzəri və praktiki seminar keçirib.
Keçmiş hakim “Futbolpress.az“a açıqlamasında təlimlə bağlı fikirlərini bölüşdü:
“Təəssüratlarım çox yaxşıdır. Təlim-məşq toplanışı yüksək səviyyədə təşkil olunub. Həm hakim heyəti tam hazırlıqlıdır, həm də AFFA-nın təşkilati işləri yüksək səviyyədədir. Müqayisədə AFFA-nın kampı ilə UEFA-nın müvafiq toplanışı arasında demək olar heç bir fərq yoxdur. Komanda kifayət qədər səriştəlidir. Bu baxımdan hazırlığı yüksək qiymətləndirirəm”.
O, azərbaycanlı hakimlərin perspektivlərindən söz açdı:
“Hakimlərinizin perspektivləri ilə bağlı xoş sözlər deyə bilərəm. Faktiki görürük ki, son iki ildə Azərbaycan hakimliyində çox böyük yüksəliş var. İnkişaf göz qabağındadır. Bunun bariz nümunəsi beynəlxalq təyinatlardır. Bu istiqamətdə iş davam etdirilərsə, perspektiv barədə optimistəm. Düşünürəm ki, hakimlərin həm nəzəri bilikləri, həm də fiziki kondisiyası buna zəmin yaradır”.
“FutbolPress”
(Antalya)
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.