AZ

“Simpsonlar”ın 2026 kəhanəti: 72 saat işıq olmayacaq - FOTO

Məşhur animasiya "Simpsonlar" hər il olduğu kimi bu dəfə də gələcəyə dair kəhanələri ilə gündəmə gəlib.

Milli.Az-ın məlumatına görə, animasiyada 2026-cı il 9 fevral tarixində ən az 72 saat işıqların sönəcəyi və bunun qlobal xarakter daşıyacağı əks olunub.

"Simpsonlar"ın kəhanələri əvvəllər də bir çox real hadisələrlə üst-üstə düşdüyü üçün izləyicilər arasında geniş müzakirələrə səbəb olub.

Hətta bəzi istifadəçilər ehtiyat tədbirləri görməyi tövsiyə ediblər.

Mina Mikayılova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
34
1
milli.az

2Mənbələr