AZ

Röya gündəmi çalxaladı

Yazını böyüt
Yazını kiçilt

Xalq artisti Röya Ayxan verdiyi açıqlama ilə yenidən gündəmə gəlib. Pop ulduz ən böyük arzusunun "Şöhrət" ordeninə layiq görülmək olduğunu bildirib və bu barədə səmimi etiraflar edib.

Hafta.az xəbər verir ki, Röya Ayxan bu günə qədər qazandığı uğurlara baxmayaraq, özünə qarşı tələbləri hər zaman yüksək olduğunu deyib:

"Bu günə qədər özümə güvənmirəm. Nə etmişəm ki? Şöhrət ordeni qazanmayana, ona layiq olmayana qədər nə etmişəm ki?" Həmin mükafat mənim üçün xüsusi anlam daşıyər. O mükafat çox gözəldir. Mənsum müəllim o adı alanda böyük həyəcan keçirmişdim. Güzgüdə özümə baxıb demişdim ki, sən durmayacaqsan, çalışacaqsan və nail llacaqsan".

Röya Ayxan məqsəd və arzularının sənət yolunda əsas motivasiya olduğunu bildirib:

"Məqsəd gözəldir, arzu ondan da gözəl ola bilər. Ola bilsin, o adı almayım, amma ölənə qədər çalışacağam".

Seçilən
74
5
hafta.az

10Mənbələr