AZ

"Xankəndi"nin yeni baş məşqçisi məlum oldu

style='margin-bottom:10px;'>

Azərbaycan 2-ci liqasında mübarizə aparan "Xankəndi"nin yeni baş məşqçisi müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda Zaur Hacıyevə həvalə olunub. O, bu vəzifədə İbrahim Uzuncanı əvəzləyib.

UEFA-nın “B” kateqoriyalı məşqçi lisenziyasına sahib olan Zaur Hacıyev uzun illər “Qəbələ” Futbol Akademiyasında fəaliyyət göstərib. O, son olaraq “Karvan-Yevlax”da köməkçi məşqçi kimi işləyib.

Qeyd edək ki, "Xankəndi" hazırda 2-ci liqanın turnir cədvəlində 39 xalla 2-cidir. Lider "Qaradağ Lökbatan" da eyni xala sahibdir.

Seçilən
79
1
teleqraf.com

3Mənbələr