Qazın bərpa edilməməsi təsərrüfatın fəaliyyətinin demək olar ki, dayanmasına, çoxlu sayda insanın işsiz qalmasına, eləcə də məhsul istehsalında problemlərin yaranmasına səbəb olub. Təsərrüfat istixanadan ibarətdir və burada meyvə yetişdirilir. Burada daimi işlə təmin edilənlərin sayı 10 nəfərdən çoxdur. Bundan başqa, çoxlu sayda insan təsərrüfatın fəaliyyəti ilə əlaqədar olaraq gəlir əldə edir. Qaz təchizatının dayandırılması həmin insanlara birbaşa və dolayı zərər vurub. "Azəriqaz"ın bu cür davranışı Azərbaycan hökumətinin iqtisadi siyasətinə də uyğun deyil. Qeyd edək ki, son illərdə Azərbaycanda, xüsusilə də bölgələrdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı dövlət tərəfindən müxtəlif proqram və layihələr həyata keçirilir, sahibkarların fəaliyyətinin genişləndirilməsi üçün subsidiya, güzəştli kreditlər ayrılır. Məhz göstərilən qayğının hesabına son illərdə bölgələrdə kənd təsərrüfatı təyinatlı çoxlu sayda kiçik və orta ölçüdə təsərrüfatlar yaradılıb. Sözügedən təsərrüfat da belə müəssisələrdən biridir. Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, belə təsərrüfatlara yerli icra qurumlarının, dövlət şirkətlərinin dəstək göstərməsi vacibdir. Son çıxışında da ölkə başçısı rayonlarda yeni iş yerlərinin açılmasını və bu məqsədlə sahibkarlara dəstək göstərilməsimə dair tapşırıq və tövsiyələr verib.
"Azəriqaz"ın timsalında dövlət şirkətinin davranışı sahibkarlıq subyektinin nəinki inkişafına kömək olur, əksinə, təsərrüfatın ciddi zərər görməsinə, çoxlu sayda insanın məşğulluq imkanlarının məhdudlaşmasına səbəb olur.(sfera)