Məlum olduğu kimi, qida məhsullarının etiketlənməsi “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir.Aparılan təhlillər nəticəsində, bəzi yağların ölkəyə idxalı zamanı malların etiketlərində tərkibdə olan yağların ümumi “bitki yağı” ifadəsi altında göstərildiyi, həmçinin İran İslam Respublikasından ölkəyə kərə yağının idxalı zamanı etiketlənmə ilə bağlı qanunvericiliyin tələblərinin pozulduğu müşahidə olunur.Bununla əlaqədar, Qida Təhlükəsizliyi Agentliyində yağ idxalçıları ilə onlayn görüş keçirilib. Görüşdə sözügedən malların etiketlənməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub. Məhsulun tərkibində istifadə edilən yağ və piylərin növlərinin etiketdə ayrı-ayrılıqda və dəqiq şəkildə göstərilməsinin təmin edilməsi ilə bağlı iştirakçılara zəruri göstərişlər verilib.Bildirilib ki, istehlakçıya qida məhsullarının adı, qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibində mövcud olan allergenlər, mənşə ölkəsi, istehsalçının adı və ünvanı, istehsal üsulu və istifadə qaydaları barədə dolğun məlumatlar verilməli, məhsulların etiketlənməsi dəqiq, aydın və istehlakçılar üçün tam başadüşülən formada olmalıdır. Ölkəmizə idxal olunan qida məhsullarının etiketlərində və məhsula əlavə edilən izahat vərəqələrində məhsulun adı, tərkibi, yararlılıq müddəti və istifadə qaydaları barədə məlumatlar xarici dillərdə təqdim edildiyi halda, Azərbaycan dilinə tərcüməsi təmin edilməlidir.Sonda iştirakçıların sualları cavablandırılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


