Avtosfer saytına istinadən ain.az xəbər verir.
Paytaxtın Heydər Əliyev prospektində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 13-də saat 08:48 radələrində qeydə alınıb. Videodan məlum olur ki, 77-UY-125 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü zolaq dəyişmə qaydalarına əməl etməyib. Belə ki, o, solda hərəkətdə olan nəqliyyat vasitəsinin məsafə və üstünlük hüququnu nəzərə almadan həmin zolağa daxil olmağa cəhd göstərib və qəza təhlükəsi yaradıb.
Xatırladaq ki, sürücü zolaq dəyişməzdən əvvəl yan güzgülər vasitəsilə yol vəziyyətini qiymətləndirməli və zolağın təhlükəsiz olduğuna əmin olmalıdır.
Nərmin
Oxunub 194
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.