AZ

Paşinyan Azərbaycanla sərhədin demarkasiyası prosesindən məmnundur

Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyaların işi gözlənildiyindən daha sürətlə irəliləyir.

"Report"un yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"Biz ilkin ehtimallardan daha sürətlə irəliləyirik. Çünki Vaşinqton bəyannaməsində regional kommunikasiyaların açılması, o cümlədən Azərbaycanın əsas hissəsinin Naxçıvanla əlaqəsinin təmin edilməsi və bunun Ermənistan üçün qarşılıqlı fayda gətirməsi qeyd olunan zaman, biz güman edirdik ki, Ermənistan xarici dünya ilə dəmir yolu əlaqəsi əldə edəcək. Bu, məncə, Ermənistan və beynəlxalq ictimaiyyətin gözlədiyindən daha tez baş verdi", - deyə o qeyd edib.

Bundan əlavə, N.Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında ikitərəfli ticarət rəsmi İrəvanın və beynəlxalq ictimaiyyətin gözlədiyindən xeyli tez baş verib.

"Cebheinfo.az"

Seçilən
58
2
cebheinfo.az

3Mənbələr