AZ

Paşinyan Cənubi Qafqazı təhlükəsiz mühit adlandırdı

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"TRIPP yolundan Ermənistan, ABŞ və  Azərbaycan məmnundur". 

 "Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən təhlükəsizlik forumunda müzakirələr zamanı bildirib.

O, bildirib ki, Cənubi Qafqazda sabit sülhün bərqərar olması üçün yaşıl işıq yanır:

"Beləliklə, regionda uzunmüddətli və sabit sülhün bərqərar olması üçün yaşıl işıq yanır. Böyük investisiyalar regionumuza axacağı göz qabağındadır. Bu, çox yaxşı xəbərdir", - deyə Paşinyan bildirib. O, əlavə edib ki, Ermənistan da Avropa İttifaqının layihədə iştirakında maraqlıdır.

Paşinyan, həmçinin dünyada baş verən qarışıq proseslər fonunda Cənubi Qafqazı təhlükəsiz mühit adlandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
2
unikal.az

3Mənbələr