Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Ali təhsilin magistratura pilləsində təxminən 3-4 il əvvəl qaydalar tamamilə fərqli idi. Yəni kim hansı universiteti bitirməyindən, ixtisasından asılı olmayaraq magistratura pilləsini özü seçirdi".
Bunu Redaktor.az-a təhsil eksperti Məzahir Məmmədli magistratura təhsilindən danışarkən qeyd etdi.
"Son illər qaydalar dəyişdi və qruplar üzrə — yəni humanitarlara ancaq humanitar, texniklərə ancaq texniki sahə üzrə seçimlər imkanı yaradıldı. Ötən ilin statistikasına görə Azərbaycanda magistratura pilləsində təkcə dövlət sifarişli yerlərdən mindən artığı boş qalmışdı. Bu o deməkdir ki, dövlət səni tam maliyyələşdirir ki, gəl magistratura pilləsində təhsil al, amma buna müəyyən diqqətsizlik oldu. Bu onunla əlaqəlidir ki, Azərbaycanın əmək bazarında magistrlərə xüsusi diqqət, önəm verilmir. Magistrlərin indiki mərhələdə imtahanları müəyyən istiqamətverici qaydalar tətbiq olunmaqla keçirilir", - deyə o bildirdi.
Aytəkin TOFİQQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.