JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirmələr keçirilir.Böyük summativ qiymətləndirmələr həm ənənəvi qaydada, həm də müvafiq tələblərə cavab verən ümumi təhsil müəssisələrində rəqəmsal formada təşkil olunur. Rəqəmsal qiymətləndirmələrin tətbiqi təhsilalanların və təhsilverənlərin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsinə, təhsilalanların nəticələrinə dair çevik hesabatlılığın təmin olunmasına, valideyn və qanuni nümayəndələrə təhsilalanın nailiyyətini izləmə imkanlarının yaradılmasına, təhsilalanların rəqəmsal keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatlarına hazırlığının təmin edilməsinə şərait yaradır, həmçinin kağız israfının qarşısını alır.Rəqəmsal böyük summativ qiymətləndirmələr Microsoft TEAMS proqramı vasitəsilə aparılır.Qeyd edək ki, böyük summativ qiymətləndirmələrin keçirilməsində əsas məqsəd müvafiq məzmun və qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagird nailiyyətlərini müəyyən etmək, onların bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.
JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX