AZ

Prezidentin “bundan sonra müharibə olmayacaq” MESAJININ PƏRDƏARXASI

“Uzun illərin həsrəti arxada qaldı, haqq-ədalət zəfər çaldı. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi”.

NOCOMMENT.az xəbər verir ki, bunu yanvarın 13-də Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə deyib.

“Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdıblar və burada qürurla yaşayacaqlar, xoşbəxt yaşayacaqlar, rahat yaşayacaqlar. Əminəm ki, bundan sonra müharibə olmayacaq. Azərbaycan dövləti güclü dövlətdir”, – deyə dövlət başçısı əlavə edib.

Prezidentin bunu tam əminliklə bildirməsi nədən qaynaqlanır? Burada əsas nüans nədən ibarətdir? 

Asif Şəkərli

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Asif Şəkərli qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı danışıqlar son mərhələyə yaxınlaşır:

“Hər iki ölkə sazişin imzalanma tarixini razılaşdırmaq üçün ikitərəfli məsləhətləşmələr aparır.Əgər bir daha savaş başlayarsa, bu, Ermənistana baha başa gələ bilər. Hətta Ermənistana dövlətçiliyin itirilməsi ilə nəticələnə bilər. Paşinyan və onun yaxın ətrafı anlayır ki, savaş Ermənistan üçün təhlükəli seçimdir. Seçim onların özlərindən asılıdır”.

Şərhçinin sözlərinə görə, əgər yeni müharibə baş verərsə, döyüşlər artıq Azərbaycan ərazilərində deyil, Ermənistan ərazisində yaşanacaq:

“Müharibə baş versə, bu, təkcə Azərbaycanla Ermənistan arasında olmayacaq. Digər bölgə dövlətlərinin də bu prosesə qoşulmaq ehtimalı kifayət qədər güclüdür. Bütün bu faktorlar müharibə ehtimalını sıfıra endirir”.

Seçilən
30
nocomment.az

1Mənbələr