AZ

Amerikalı heykəltaraş rəssam Xalça Muzeyini ziyarət edib

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Güclü realist təsirə malik bütöv bədən heykəllərinin müəllifi kimi tanınan amerikalı heykəltaraş-rəssam Kerol Förmen Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib.

525.az xəbər verir ki, qonaq muzeyin zəngin ekspozisiyası, qədim və nadir xalça nümunələri, müasir dekorativ-tətbiqi sənət əsərləri, eləcə də “Faiq Əhməd: 2011-2024-cü illər dövrü” sərgisi ilə tanış olub.

Kerol Förmenə xalqımızın çoxəsrlik xalçaçılıq ənənələri və bu irsin qorunması istiqamətində görülən işlər barədə məlumat verilib.

Qeyd edək ki, yanvarın 16-da Heydər Əliyev Mərkəzində Kerol Förmenin “Suda yenidən doğulanlar” sərgisi açılacaq. Onun Bakıda təqdim olunacaq sərgisi 1970-ci illərdəki işlərindən son onilliklərdəki üzgüçü fiqurlarına qədər böyük dövrü əhatə edir.

ŞAHANƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
525.az

1Mənbələr