AZ

Onlar yenidən Moskvaya səfər edə bilər

Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner yaxın günlərdə yenidən Rusiya paytaxtına səfər edə bilərlər. Onların RF Prezidenti Vladimir Putin ilə görüşəcəyi ehtimal olunur.

Hafta.az xəbər verir ki, bu barədə Rusiya mediası “Bloomberg” agentliyinə istinadla məlumat yayıb.

Mənbələr bildirirlər ki, nəzərdə tutulan görüşün yanvar ayında keçiriləcəyi gözlənilir. Amma onlar vurğulayırlar ki, planlar hələ ki, tam razılaşdırılmayıb.

Qeyd olunur ki, İranda baş verən hadisələrin inkişafı ilə əlaqədar səfərin vaxtı dəyişdirilə bilər.

Seçilən
35
2
hafta.az

4Mənbələr