AZ

ABB-nin əhalidən cəlb etdiyi depozitlərin həcmi ₼3.4 mlrd.-a yüksəlib

ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) əhalidən cəlb etdiyi depozitləri üzrə əhəmiyyətli artım qeydə alınıb.

Banker.az xəbər verir ki, 2025-ci ilin sonuna əhalinin bankda yerləşdirdiyi vəsaitlərin həcmi təxminən 3 mlrd. 404 mln. manat olub. Bu göstərici illik müqayisədə təxminən 655 mln. manat və ya 24% artıb.

Bunun fonunda hüquqi şəxslərin depozitləri üzrə azalma qeydə alınıb. Hesabat dövrünün sonunda korporativ depozitlərin həcmi təxminən 5.49 mlrd. manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə təxminən 780 mln. manat və ya 12.46% azalma deməkdir.

Depozit portfeli illik müqayisədə ümumilikdə cəmi həcmi isə təxminən 8.89 mlrd. manat təşkil edib. Bu göstərici ötən ilin sonu ilə müqayisədə təxminən 130 mln. manat və ya 1.40% azalma deməkdir.

Qeyd edək ki, ABB ötən il ümumi depozitlər üzrə 269.92 mln. manat faiz ödənişi etməklə öncəki ildən təqribən 50 faiz çoxdur. 2024-cü ildə depozitlər üzrə bankın faiz xərci 179.6 mln. manat olmuşdu.

 

Seçilən
0
1
banker.az

2Mənbələr