AZ

"Xankəndi" ona tapşırıldı

Zaur Hacıyev Azərbaycan II Liqasında çıxış edən "Xankəndi" futbol komandasının yeni baş məşqçisi təyin edilib.

Bu barədə Aktual.az-a klubdan məlumat verilib.

O, bu postda İbrahim Uzuncanı əvəzləyib.

UEFA-nın "B" kateqoriyalı məşqçi lisenziyasına sahib olan mütəxəssis uzun illər "Qəbələ" Futbol Akademiyasında fəaliyyət göstərib, müxtəlif yaş qrupları ilə ölkə çempionatlarında uğurlar qazanıb və U-19 komandası ilə Azərbaycanı UEFA Gənclər Çempionlar Liqasında təmsil edib.

Qeyd edək ki, Zaur Hacıyev son olaraq "Karvan-Yevlax"da köməkçi məşqçi kimi çalışıb.

Seçilən
65
14
ulusum.az

10Mənbələr