AZ

Dövlət Vergi Xidmətindən 4 şirkətə 3 milyon manatlıq sifariş

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 2026-cı il üzrə müxtəlif informasiya texnologiyaları və texniki dəstək xidmətlərinin satın alınması ilə bağlı müqavilələr imzalanıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Xidmət "Bir mənbə" metodu ilə ümumi dəyəri 2 927 996 manat olan 4 satınalma həyata keçirib.

Qalib şirkətlər və göstəriləcək xidmətlər aşağıdakı kimidir:

  1. “Cybernet” MMC – 2026-cı il üzrə AVİS-in altsistemlərinə, elektron portal və məlumat bazalarına xidmətin göstərilməsi (2 aylıq). Müqavilənin dəyəri 1 904 237 manat təşkil edir.

  2. "Caspel" MMC – 2026-cı il üzrə server infrastrukturuna, fərdi kompüterlərə, periferiya qurğularına, korporativ rabitə şəbəkəsinə, proqram təminatına texniki və istismar xidmətlərinin göstərilməsi (2 aylıq). Müqavilənin dəyəri 552 627 manat təşkil edir.

  3. "Nooga Development AZ" MMC – 2026-ci il üzrə Dövlət Vergi Xidmətinin istifadəsində olan proqram təminatılarına texniki dəstəyin göstərilməsi (“PKS AİS” , “DeepSage”, “TAXESBI”, "Common Reporting Standarts") (2 aylıq). Müqavilənin dəyəri 422 317 manat təşkil edir.

  4. "Digital Sors" MMC – 2026-cı il üzrə vergi ödəyicilərinə xidmət mərkəzlərinin AKİS növbə, sorğu və qeydiyyat aparatlarına, səsyazma və video müşahidə qurğularına və proqram təminatına texniki xidmət (2 aylıq). Müqavilənin dəyəri 48 815 manat təşkil edir.

Seçilən
148
6
fed.az

7Mənbələr