Ajans.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 14-də Təhlükəsizlik Forumundakı çıxışında xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-nin dövlət katibi Marko Rubionun Vaşinqtonda birgə bəyanatını şərh edərkən bildirib. "Sərhəd demarkasiyası komissiyaları işləyirlər. Əvvəl ehtimal etdiyimizdən daha sürətlə irəliləyirik, çünki Vaşinqton Bəyannaməsində Ermənistan Respublikası üçün regional kanalların açılmasını, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında qarşılıqlı faydalı ünsiyyətin təmin olunmasını təsbit etdiyimiz zaman Ermənistanın xarici dünya ilə dəmiryolu əlaqələri əldə edəcəyini güman etmişdik, amma düşünürəm ki, bu, Ermənistanın və beynəlxalq ictimaiyyətin gözlədiyindən daha tez baş verdi", - N.Paşinyan qeyd edib. "Bu gün Ermənistan və Azərbaycan arasında ikitərəfli ticarət Ermənistanın və beynəlxalq ictimaiyyətin, bəlkə də, hətta Azərbaycanın gözlədiyindən daha tez reallığa çevrilib", - baş nazir deyib.