AZ

Azərbaycanda klub prezidenti 10 oyunluq cəzalandırılıb

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanda klub prezidenti 10 oyunluq cəzalandırılıb

AFFA İntizam Komitəsinin iclası keçirilib.

QOL.az bu barədə AFFA-nın saytına istinadən xəbər verir. 

Komitənin qərarında qeyd edilir ki, 29 dekabr 2025-ci il AFFA Region Liqasında keçirilməli olan "Xocalı" PFK-"VT Gəncə" matçında hər iki komandanın oyun forması eyni olub. Bu səbəbdən görüş baş tutmadığı üçün oyun yenidən keçiriləcək.

Bundan başqa, qərarda qeyd edilir ki, həmin oyunda "VT Gəncə" klubunun prezidenti Hacıbala Əzimov AFFA-nı və hakimləri təhqir etdiyi üçün 10 oyunluq cəzalandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
3
qol.az

4Mənbələr