AZ

Rihanna 4 cü uşağının ola biləcəyini açıqladı Mərc edin

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Məşhur müğənni Rihanna son hərəkəti ilə pərəstişkarlarını həyəcanlanıdırıb.

Axşam.az xəbər verir ki, ifaçı 4-cü övladının ola biləcəyinə işarə edib. Belə ki, o, sosial mediada paylaşılan və üzərində "2026-cı ildə seksual və cazibədar olmaq, yoxsa hamilə qalmaq qərarına gəlmək..." başlıqlı yazıya münasibət bildirib. Rihanna "Gözləyin! Deməli, mən dəli deyiləm? Mərc edin!" deyə, yazıb.

İfaçının bu addımı geniş müzakirə mövzusuna çevrilib və onun dördüncü övladının ola biləcəyi kimi qiymətləndirilib.

Qeyd edək ki, Rihannanın reper Eysap Rokidən (Rakim Mayers) iki oğlu və bir qızı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
130
axsam.az

1Mənbələr