AZ

Kanada öz vətəndaşlarını İrana getməməyə çağırıb

Kanada hökuməti İranda genişlənən etiraz aksiyaları səbəbilə vətəndaşlarına bu ölkəyə bütün səfərlərdən çəkinmələri və hazırda İranda olanların isə ölkəni tərk etmələri ilə bağlı xəbərdarlıq edib.

"Cebheinfo.az" xəbər verir ki, rəsmi açıqlamada bildirilib ki, İrana səfər xəbərdarlığı ən yüksək səviyyədədir.

Qeyd olunub ki, ölkə üzrə yayılan etirazlar, bölgədəki gərginlik və “həbs olunma riski” səbəbilə İrana səfər etmək təhlükəlidir və bu səfərlərdən imtina edilməlidir.

İranda olan Kanada vətəndaşlarına ölkəni tərk etmələri tövsiyə olunub. Hərçənd bir çox aviaşirkət uçuşları dayandırıb, lakin quru sərhədlər vasitəsilə ölkədən çıxışın mümkün olduğu bildirilib.

Qeyd olunur ki, hazırda İranda konsulluq xidmətləri məhdud şəkildə göstərilir.

Seçilən
37
1
cebheinfo.az

2Mənbələr