Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Liviyada bir "alverçi" təxminən hələ 2010-cu ildə sifariş etdiyi Nokia mobil telefonları partiyasını 16 ildən sonra nəhayət əldə edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, çatdırılmanın bu qədər gecikməsinə ölkədəki siyasi sarsıntılar və silahlı münaqişə səbəb olub.
Kişinin sözlərinə görə, telefon partiyası 2010-cu ildə yerli vasitəçiyə təhvil verilib, lakin vəziyyətin kəskin pisləşməsi və ardınca başlayan vətəndaş müharibəsi səbəbindən ona çatmayıb.
Bildirilir ki, göndərən və alan şəxs Tripolidə bir-birindən cəmi bir neçə kilometr məsafədə olublar.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.