Ermənistan kilsəsi Böyük Ermənistan ideologiyasının müəllifidir. İdeologiya sahəsində aparılan təbliğatlar erməni cəmiyyətinin “zəhərlənməsinə” və üçüncü qüvvələrin əlində alətə çevrilməsinə səbəb olub”.
Ekspertin sözlərinə görə, Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə əslində böyük zərərlərə məruz qaldı: “Bu prosesin arxasında ilk növbədə Rusiya faktoru və kilsə dayanırdı. İndi də müsbət tendensiyanın qarşısını almağa çalışırlar. Amma indi Ermənistan hökuməti də anlayır ki, ənənəvi xarici siyasət ilə Azərbaycan üzərindən iş aparmaq olmaz. Ona görə də Ermənistan hökuməti kilsəyə qarşı fəaliyyətində prinsipiallıq nümayiş etdirir. Həmçinin, kilsənin Ermənistan siyasi səhnəsindən silinməsi və ona verilən konstitusion hüquqların aradan qaldırılması üçün praktiki addımlar atır”.
Siyasi şərhçi söyləyib ki, bu məsələlərdən belə nəticəyə gəlinir ki, Ermənistan hökuməti kilsəyə qarşı həlledici addımlar atacaq: “Çünki hökumətin əlində kifayət qədər kartlar var. Azərbaycan diplomatiyasının uğurlu addımları bölgədəki geosiyasi vəziyyətin dəyişməsinə şərait yaradıb. Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan münasibətlərində müsbət meyllər buna nümunədir.
Müharibədən sonra Azərbaycan regionda və beynəlxalq siyasi arenada daha da güclənib. Nəticədə heç bir kənar qüvvə bölgədə əvvəlki vəziyyətin yaradılmasını reallaşdıra bilməz. Təhdidlər hər zaman var. Onu da nəzərə almalıyıq ki, Azərbaycan bölgədə müəyyənedici aktordur”.