AZ

Putin Ukraynadakı müharibə naminə strateji müttəfiqlərini taleyin ümidinə buraxıb - Bloomberg

Rusiya prezidenti Vladimir Putin diqqətini Ukraynadakı müharibəyə yönəltdiyinə görə, dünyanın hər yerindəki strateji müttəfiqləri özlərini tərk edilmiş hiss edir və ən vacib anda dəstəyin olmamasından şikayətlənirlər.

Herbiand.az bildirir ki, bu barədə Bloomberg yazıb.

Məlumata görə, indi Venesuela rəsmiləri hesab edirlər ki, Moskva ilə uzun müddətdir davam edən təhlükəsizlik münasibətləri “kağız pələng”dən başqa bir şey olmayıb: “Və onlar tək deyillər. Dəməşq və Tehrandan Havanaya qədər, əvvəllər Kremllə sıx əlaqələrdən faydalanan avtoritar rejimlər son 13 ay ərzində Rusiyanın dəstəyinin ən vacib anda çatışmadığını aşkar ediblər”.

Suriya diktatoru Bəşər Əsəd Rusiyanın hərbi dəstəyi azaldıqdan sonra Moskvaya qaçdı. Himayədarsız qalan Kuba humanitar böhranla üzləşib. İran ötən il ABŞ tərəfindən bombalandı və indi ali dini lider Ayətullah Əli Xamenei geniş yayılmış daxili etirazlarla qarşılaşıb, həmçinin ABŞ-ın yeni hərbi əməliyyatlar təhlükəsi ilə üzləşir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
69
herbiand.az

1Mənbələr