AZ

Azərbaycan klubu yarışlardan kənarlaşdırılıb

AFFA "İstiqlal" klubunu Region Liqasından kənarlaşdırıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

28 dekabr 2025-ci il tarixində keçirilməli olan "İstiqlal" – "Sabirabad" oyunu meydan sahiblərinin təyin edilən vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb. Nəticədə "İstiqlal" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni hal ardıcıl üçüncü dəfə təkrarlandığı üçün komandanın yarışdan kənarlaşdırılmasına qərar verilib.

"Cebheinfo.az"

Seçilən
69
3
cebheinfo.az

9Mənbələr