AZ

Bakıda saxlanılan məhbuslar geri qaytarılıb?

Ermənistanın baş naziri Nikol Paşinyan Bakıda saxlanılan məhbusların geri qaytarıldığını bildirib.

Publika.az xəbər verir ki, o, bununla bağlı "Facebook"da yazıb.

"Gevorq Sujyan, David Davtyan, Vigen Euljekjian və Vaqif Xaçatryan bu yaxınlarda Azərbaycan Respublikasının müvafiq qurumlarının nümayəndələri tərəfindən Hakkari körpüsü vasitəsilə Ermənistan Respublikasının müvafiq qurumlarının nümayəndələrinə təhvil verilib və hazırda Ermənistan ərazisindədirlər. Daha sonra əlavə məlumat verəcəyəm", - deyə Paşinyan qeyd edib.

Seçilən
9
13
publika.az

10Mənbələr