Azərbaycanın Mərkəzi Bankı (AMB) “Fizza Pay” MMC ödəniş təşkilatına icrası məcburi göstəriş verib.
Məlumata görə, icrası məcburi göstəriş “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.2-ci bəndi ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması ilə bağlı “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq verilib.