AZ

Trampdan NATO ya: Dərhal buranı ələ keçirək

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“ABŞ-ın milli təhlükəsizliyi üçün Qrenlandiyaya ehtiyacı var. Bu, “Qızıl Qübbə” sistemi üçün vacibdir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

“Birləşmiş Ştatlara milli təhlükəsizlik məqsədilə Qrenlandiya lazımdır. Bu, qurduğumuz “Qızıl Qübbə” üçün həyati əhəmiyyət kəsb edir. NATO bizə onu əldə etmək üçün yol göstərməlidir,” — prezident bildirib.

Tramp iddia edir ki, ABŞ NATO-nun dəstəyi ilə Qrenlandiyanı əldə etməlidir, əks halda bu addımı Rusiya və ya Çin ata bilər. O, Vaşinqtonun strateji Arktika regionunda rəqiblərin güclənməsinə imkan verməyəcəyini vurğulayıb.

Safura Bənnayeva

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
35
globalinfo.az

10Mənbələr