ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gevorq Sujyan, David Davtyan, Vigen Euljekjian və Vaqif Xaçatryan bu yaxınlarda Azərbaycan Respublikasının müvafiq qurumlarının nümayəndələri tərəfindən Ermənistan Respublikasının müvafiq qurumlarının nümayəndələrinə təhvil verilib.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, proses Həkəri körpüsü üzərində həyata keçirilib.
"Hazırda Ermənistan Respublikasının ərazisindədirlər. Daha sonra əlavə məlumat verəcəyəm", - deyə Paşinyan qeyd edib.
Ağarza Elçinoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.