AZ

The Times of Israel: Bir nömrəli bort İranla mümkün gərginlik fonunda ölkəni tərk edib...

İsrail baş nazirinin əsas hava gəmisi “Sionun Qanadı” İsrail hava məkanından çıxıb...

İsrail hökumətinin əsas rəsmi təyyarəsi olan “Sionun Qanadı” ölkənin hava məkanını tərk edib. 

Poliqon xəbər verir ki, bu barədə The Times of Israel nəşri məlumat yayıb.

Məlumata görə, hava gəmisi İsrailin cənubundakı Nevatim hərbi aviabazasından havaya qalxaraq Aralıq dənizi istiqamətində hərəkət edib. Uçuşun konkret səbəbləri açıqlanmayıb və hazırda İsrailin baş naziri Benyamin Netanyahu-nun xaricə səfəri ilə bağlı rəsmi məlumat verilməyib.

The Times of Israel xatırladır ki, “Sionun Qanadı” daha əvvəl də İran tərəfindən mümkün zərbələr gözlənilən dövrlərdə İsrail hava məkanını tərk edib. Belə ki, 13 iyun 2025-ci ildə İsrailin İrana qarşı zərbələr endirməyə başladığı gün təyyarə Ben-Qurion hava limanından havaya qalxaraq ölkədən çıxmışdı.

Bundan əvvəl isə həmin ilin 13 aprelində, İranın raket hücumunun gözlənildiyi vaxtda “Sionun Qanadı” Nevatim aviabazasını tərk etmişdi. Qeyd olunan baza sonradan İran tərəfindən həyata keçirilən zərbələrə məruz qalmışdı.

Poliqon.info

Seçilən
110
2
poliqon.info

4Mənbələr