AZ

Oveçkin oyun sayında Qretskini arxada qoydu

ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

“Vaşinqton” evdə “Anahaym”ı məğlub etdi – 7:4. "Football-plus.az" xəbər verir ki, bu oyun bir çox cəhətdən paytaxt klubunun rusiyalı hücumçusu Aleksandr Oveçkin üçün əlamətdar oldu. O, pley-off da nəzərə alınmaqla MHL-də ümumilikdə 1695-ci oyununu keçirdi. 40 yaşlı ulduz kanadalı əfsanə Ueyn Qretskini oyun sayında (1694) arxada qoymaqla bu göstəricidə MHL tarixində 17-ci yerə yüksəldi. Oyun sayına görə liqanın rekordçusu Mark Messyedi (1991).Oveçkin bu oyunda iki, dünən keçirilən “Dallas”la oyunda isə bir dəfə fərqləndi. İndi onun müntəzəm çempionatlarda qol sayı 915-ə, pley-offda qol sayı 77-yə bərabərdi. Ümumi qol sayını 992-ə çatdıran Oveçkin yalnız Qretskidən geri qalır. 1978-99-cu illər aralığında adından söz etdirən kanadalı əfsanənin hesabında 1016 (894+122) qol var. Beləliklə, rusiyalı ulduz Qretskiyə çatmaq üçün daha 24, MHL tarixinin ən yaxşı snayperi olmaq üçün isə 25 qol vurmalıdı. 2005-ci ildən “Kepitalz”ın formasını geyən Oveçkinin cari mövsümdə keçirdiyi 44 oyunda 37 (18+19) xal topladığını da xatırladaq.6 yanvarVaşinqton – Anahaym 7:4 (2:1, 3:2, 2:1)Reyncers – Yuta 2:3 OT (0:0, 2:1, 0:1, 0:1)Ottava – Detroyt 3:5 (0:3, 2:1, 1:1)Kalqari – Sietl 1:5 (1:0, 0:1, 0:4)Los-Anceles – Minnesota 4:2 (0:0, 2:0, 2:2)7 yanvarAylenders – Nyu-Cersi 9:0 (3:0, 2:0, 4:0)Baffalo – Vankuver 5:3 (2:0, 1:0, 2:3)Karolina – Dallas 6:3 (3:1, 2:0, 1:2)Tampa-Bey – Kolorado 4:2 (1:0, 1:2, 2:0)Filadelfiya – Anahaym 5:2 (2:1, 2:0, 1:1)Toronto – Florida 4:1 (1:0, 2:0, 1:1)Vinnipeq – Ve qas 3:4 OT (1:0, 1:1, 1:2, 0:1)Edmonton – Neşvill 6:2 (1:0, 3:0, 2:2)San-Xose – Kolambus 5:2 (1:0, 1:1, 3:1)Sietl – Boston 7:4 (1:1, 3:1, 3:2)8 yanvarVaşinqton – Dallas 1:4 (0:1, 0:1, 1:2)Monreal – Kalqari 4:1 (0:0, 3:1, 1:0)Çikaqo – Sent-Luis 7:3 (1:1, 4:1, 2:1)Yuta – Ottava 3:1 (2:1, 0:0, 1:0)Los-Anceles – San-Xose 3:4 OT (0:0, 1:1, 2:2, 0:1)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
81
2
icma.az

3Mənbələr