AZ

Bu ölkədə aliment ödəməyən sürücülük hüququndan məhrum edilir

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Demək olar hər bir sürücü hansı hallarda vəsiqə ilə vidalaşacağını bilir. Dünyanın əksər ölkələrində sərxoş idarəetmə, yüksək sürət, piyadavurma kimi qayda pozuntularında sürücülük hüququnu itirmək mümkündür. Bəzi ölkələrdə isə sürücülük vəsiqəsi avtomobillə əlaqədar olmayan işlərə görə də əldən gedə bilər.

Avtosfer.az xəbər verir ki, Rusiyada aliment ödəməyən şəxslərin sürücülük hüququ məhdudlaşdırıla bilər. Təbii ki, söhbət 1 dəfə alimenti gecikdirənlərdən getmir. 

Rusiyanın Məhkəmə icraatı qanunvericiliyinə əsasən, dəfələrlə aliment ödəməyən şəxsə qarşı cəza tədbiri kimi sürücülük hüququ 1 ilədək məhdudlaşdırıla bilər. Bunun üçün qərarı həm hakim, həm də pristav (məhkəmə icraçısı) verə bilər.

Rəsmi xəbərdarlığa rəğmən borclu şəxsin ödədiyi aliment miqdarı 10 min rublu (217 manat) aşdığı təqdirdə sürücülük hüququ 1 il müddətinədək məhdudlaşdırıla bilər.

Vüqar Yaşaroğlu

Oxunub 42

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
avtosfer.az

1Mənbələr