Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayon ərazisində şəhid ailələri, müharibə əlilləri və iştirakçıların daim diqqətdə saxlanılması, onların qayğıları ilə mütəmadi maraqlanmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühüm addımlar atılmaqdadır.
14 yanvar 2026-cı il tarixdə Həsənli ərazisinin Köçəkli kəndində keçirilmiş vətəndaş qəbulundan sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının Birinci müavini Tohid Hüseynov, aparatın Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadiyev, Ərazi-təşkilat məsələləri sektorunun müdir əvəzi Nahid Həsənov, ərazi nümayəndəsi, şəhid ailələri, din xadimləri, media nümayəndələri və sakinlərin iştirakı ilə şəhid məzarları ziyarət edilmiş, qəbirüstü abidələri önünə tər gül dəstələri düzülərək şəhidlərin xatirəsi ehtiramla yad edilmişdir.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etmişlər.