AZ

Sabiq deputatın külli miqdarda borcu var

Sabiq deputat İqbal Məmmədova məxsus “Relax” istirahət mərkəzinin külli miqdarda vergi borcu yaranıb.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, “Relax Resort and Spa Hotel”in hazırda vergi borcu 134 min manat təşkil edir.

Hazırda istirahət mərkəzinin qanuni təmsilçisi Famil İmanovdur. Onun adı 2019-cu ildə “Relax” istirahət mərkəzində vergi məmurların döyülməsi ilə bağlı qalmaqalda hallanmışdı. Həmin vaxt “Relax”ın mühasibi olan Famil İmanov İqbal Məmmədovun oğlu və qohumları ilə birgə vergi əməkdaşlarına yoxlamanın keçirilməsinə imkan verməmiş, nəticədə həmin il böyük qalmaqala səbəb olmuşdular.

Ağagül Mürsəlov

KONKRET.az

Seçilən
96
1
konkret.az

2Mənbələr