BAKI, 14 yanvar. TELEQRAF
İşğaldan azad edilmiş ərazilərdə mədəni irsin, o cümlədən arxeoloji abidələrin
qorunması ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, mədəni irsə vurulmuş zərərlə bağlı beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılması vədəymiş zərərin əvəzinin ödənilməsi məqsədilə tədbirlər
görülməsi planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub.