Banco.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda ötən ilin dekabr ayında orta gündəlik xam neft hasilatının 453 min barel səviyyəsində olduğunu bildirib.
Banco.az bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, ötən ilin noyabr ayında sutkalıq neft hasilatı 455 min barel, oktyabr ayında isə 458 min barel olub.
Qeyd edilib ki, ölkədə gündəlik ortalama neft hasilatı ötən ilin dördüncü rübündə 456 min barel səviyyəsində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.