AZ

Mobil telefon oğurlayan şəxs saxlanılıb

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Nəsimi rayon sakini olan üç nəfər polisə müraciət edərək mobil telefonlarının naməlum şəraitdə oğurlandığını bildirib.Demokrat.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməllərini törətməkdə şübhəli bilinən 40 yaşlı İ.Ələkbərov müəyyən olunaraq saxlanılıb. 

Araşdırmalarla məlum olub ki, həmin şəxs zərərçəkənlərin restoran, klinika və parkda nəzarətsiz qoyduqları mobil telefonlarını talayıb. Həmçinin İ.Ələkbərov ifadəsində daha bir paytaxt sakininin də telefonunu oğurladığını etiraf edib.Polis əməkdaşları tərəfindən Sumqayıt şəhərində keçirilən tədbir zamanı isə marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən 55 yaşlı M.Hüseynxanov da saxlanılıb.Faktlarla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
3
demokrat.az

4Mənbələr