Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda "Qarabağ"ın Bakıda "Ayntraxt"a (Almaniya) qarşı keçirəcəyi matçın biletlərinin satışa çıxacağı tarix müəyyənləşib.
Bu barədə Milli.Az-a Ağdam təsmilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.
Klub rəsmisi biletlərin bu həftəsonu satışda olacağını söyləyib.
Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.