AZ

Qaraçuxurda “Tofaş”la “hoqqa” çıxaran sürücü ard arda təhlükə yaratdı VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün videosu “TikTok” sosial şəbəkəsində paylaşılıb.

Avtosfer.az-ın məlumatına görə, 90-ET-280 dövlət nömrə nişanlı “Tofaş” markalı avtomobilin sürücüsü yol boyu riskli manevrlər edərək dəfələrlə təhlükə yaradıb. Kadrlardan göründüyü kimi, “şou” göstərmək istəyən sürücü digər nəqliyyat vasitələrinə əhəmiyyət vermədən onları ötüb.

Hətta o, tıxacda gözləməmək üçün əks istiqamətli yola çıxıb və maşını qarşı tərəfdən gələn avtomobillərin üzərinə sürüb.

Nərmin

Oxunub 134

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
63
avtosfer.az

1Mənbələr