AZ

Tuğda su təsərrüfatının qurulması üçün 4,8 milyon manatlıq tender elan olunub

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xocavənd rayonunun Tuğ kəndinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğularının tikintisi ilə bağlı tender elan olunub.

Oxu.Az-ın məlumatına görə, satınalmanın ehtimal edilən dəyəri 4 milyon 867 min 314 manatdır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nəzdindəki "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxsi tərəfindən keçirilən tender fevralın 20-də başa çatacaq.

Məlik Məlikov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
114
oxu.az

1Mənbələr