AZ

Bakı Sumqayıt yolunda tıxac niyə yaranır? Ekspert sirri çözdü VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Artıq uzun illərdir ki, Bakı-Sumqayıt yolunun Bakı Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığından keçən hissəsində günün müxtəlif saatlarında tıxac yaşanır. Məsələ bundadır ki, səhər saatlarından etibarən Bakı istiqamətində yaşanan sıxlıq, günortadan sonra Sumqayıt istiqamətində müşahidə edilir. İllərdir ki, heç kim bu problem həll edə bilmir.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı Sumqayıt istiqamətində həmin yolu gedərkən yaranan vəziyyəti şərh edib. O bildirib ki, sıxlığın yaranmasının səbəbkarı həm də sürücülərdir:

“Bu hissədə tuneldə sürücülər 3 zolaqlı yolda 4 zolaq yaradırlar. Məhz həmin maşınlar, üstəlik, “Şamaxinka”dan gələnlər, digər tərəfdən də Binəqədidəki köməkçi yoldan şoseyə çıxanlar artıq yolda sıxlığı artıraraq 6 bəzən də 7 zolaq yaradıb hərəkət edirlər. Bir-birinə az qala sürtünürlər, digərlərinə yol vermirlər ki, məhz bu ərazidə yaranan “Qordi düyünü” çözülsün. İrəlidə, diqqət etsəz, görərsiz ki, yol boşdur. Məhz zolaqların birləşdiyi hissədə hərəkət dayanıb. Əslində hamı yalnız 3 zolaq üzrə hərəkətini davam etdirsə, sağdan-soldan keçərək qabağa düşməyə çalışmasa, heç bu tıxac yaranmayacaq”.

Həmin videonu sizə təqdim edirik.

Səfər

Oxunub 232

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
avtosfer.az

1Mənbələr