Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin və Braziliya Prezidenti LuladaSilva arasında telefon danışığı olub.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, Kremlin məlumatına görə, liderlərVenesuela ətrafındakı vəziyyəti müzakirə ediblər.
Putin və Silva Venesuelanın suverenliyi və milli maraqlarınıntəmin olunması ilə bağlı yanaşmalarının uyğun olduğunuvurğulayıblar.
Tərəflər Latın Amerikası və digər regionlarda gərginliyinazaldılması məqsədilə əlaqəni davam etdirməyə razılaşıblar.