AZ

"Beşiktaş" portuqaliyalı müdafiəçi üçün 10 milyon avroluq təklif göndərdi

Bakı. Trend:

David Yuraşeklə yollarını ayıran "Beşiktaş" müdafiənin solcinahını yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Trend TürkiyəKİV-ə istinadən xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi"Latsio"da çıxış edən Nunu Tavareşdir.

Artıq klublar arasında danışıqlar başlayır. "Qara qartallar"portuqaliyalı sol cinah müdafiəçisi üçün İtaliya klubuna 10 milyonavroluq təklif göndərib.

Qeyd edək ki, "Latsio" Nunu Navareşi 2024-cü ilin yayında"Arsenal"dan transfer edib. 25 yaşlı futbolçu bu mövsüm A Seriyasıtəmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qolötürməsi ilə yadda qalıb.

Məqalədə:
Seçilən
52
3
az.trend.az

5Mənbələr